• HADİSƏ

    13:14 10 dekabr 2019

Dövlət Komitəsi: "Əbu Bəkr" məscidinin açılması nəzərdə tutulur

""Əbu Bəkr" məscidinin açılması nəzərdə tutulur. Bunun üçün orada icmanın yaradılması planlaşdırılır”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, məscidin minarəsinin təməlində problem aşkarlanıb: “Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR