• HADİSƏ

    17:21 16 may 2022

Dövlət Xidməti APA-nın web səhifəsinin “phishing” olunması ilə bağlı açıqlama yayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti APA Agentliyinə məxsus www.apa.az web səhifəsinin “phishing” (fişinq) olunması ilə bağlı açıqlama yayıb.

APA xəbər verir ki, açıqlamada deyilir: “Diqqət! Dələduzlar müxtəlif media (APA, Trend və s.) resurslarının saxta nümunəsini yaradaraq həmin saytlar üzərindən müxtəlif kampaniyalar, o cümlədən “SOCAR” adından istifadə etməklə müxtəlif investisiya layihələrinə qeydiyyat adı ilə şirnikləndirici fişinq hücumlarını sosial media resurslarında reklam etməyə başlamışdır.

Hər kəsi dələduzluq məqsədi ilə yayımlanan belə paylaşımlara qarşı ehtiyatlı olmağa, belə keçidlər haqda https://blacklist.gov.az domeni üzərindən məlumatlandırmanı həyata keçirərək kibergigiyenamızı birgə gücləndirməyə çağırırıq”.

Qeyd edək ki, APA Agentliyinə məxsus www.apa.az web səhifəsi bir müddət əvvəl “phishing” (fişinq) olunub.

Səhifədə APA-da heç vaxt yayımlanmayan və SOCAR-a qarşı təxribat xarakteri daşıyan məlumat yerləşdirilib.

APA Media Group oxucuları diqqətli olmağa, yalan məlumatlara inanmamağa çağırır.

Şirkət bir daha qeyd edir ki, APA-nın rəsmi web ünvanı www.apa.az domenidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR