• HADİSƏ

    00:05 4 iyun 2020

DSX: “Keşik­çidağ” ərazisində bir qrup Gürcüstan vətəndaşının dövlət sərhədini pozmaqla təxribat törədəcəyi barədə məlumat­lar əldə olunub

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub. Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR