• HADİSƏ

    18:04 27 mart 2019

DYMX-nin rəis müavini: “Yanğının söndürülməsinə əsas problemi zirzəmi yaratdı”

“Diqlas” Ticarət Mərkəzində yanğının yayılmasının əsas səbəbi alkopon üzlük olub, alkopon tez alışan və sürətlə yanan materialdır”.

ONA-nın məlumatına görə, bunu canlı yayımda Lent.az-ın suallarını cavablandıran Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

R. Xudiyev bildirib ki, yanğın yan tərəfə deyil, daha çox yuxarı, vertikal vəziyyətdə yayılır: "Alkopon da tez alışan və sürətlə yanan olduğundan yanğın vertikal vəziyyətdə qısa müddətdə yuxarı mərtəbələrə yayıldı”.

Rəis müavini qeyd edib ki, hadisə yerinə çatan ilk yanğın bölmələri yanğının məhz piştaxtalarda baş verdiyini bildiriblər: “Yəni ilkin mərhələdə yanğın artıq binaya yayılmışdı. Alkopon qara zəhərli tüstü buraxır. Ona görə də qısa zamanda orada böyük tüstü kütləsi yaranmışdı”.

R. Xudiyev nəzərə çatdırıb ki, yanğının söndürülməsinə əsas problemi zirzəmi yaradıb: “Zirzəmidə artıq yüklənmə var idi. Mən təsəvvürümə gətirmirəm ki, zirzəmidə necə mağaza ola bilər? Bu, ağlasığmaz bir şeydir. Zirzəmidə adi şamdanlardan, lüstrlərdən tutmuş taxta, sintetik materiallara qədər nə istəyirsiniz, var idi. Orada yüksək temperatur yaranmışdı. İki yanğınsöndürənimiz də orada xəsarət aldı”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR