DYP: Karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
  • HADİSƏ

  • 10:06 20 Aprel 2020

DYP: Karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

ONA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.

Qeyd olunub ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR