Bakı-Sumqayıt şossesinin Xırdalan şəhərinə düşən hissəsində təqribən 50-60 yaşlı kişi özünü ataraq intihar etmək məqsədilə körpünün üzərinə çıxıb.
APA xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Ərazidə xidmət aparan Abşeron Rayon Dövlət Yol Polisinin əməkdaşı baş inspektor leytenant Cavadov Əli Qivami oğlu intihara cəhd edən şəxsi fikrindən daşındırıb.
İntihara cəhd edən şəxs Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Həmin şəxsin 1957-ci il təvəllüdlü Əliyev Xəqani Əli oğlu olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.