• HADİSƏ

    18:55 11 yanvar 2023

DYP valideynlərə və sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə və sürücülərə müraciət edib.

ONA DİN-ə istinadın xəbər verir ki, müraciətdə deyilir:

“Əziz valideynlər uşaqlarımızın yollarda arzuolunmaz hadisələrlə üzləşməməsi, həyatımızı həsr etdiyimiz doğmalarımızın bədbəxt hadisənin qurbanına çevrilməməsi üçün bir daha sizlərə müraciət edirik.

Azyaşlı övladlarınızı nəzarətsiz qoymayın. Onlara yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə zamanı ehtiyatlı olmaları barədə məlumatlandırın, yol hərəkəti qaydaları haqda bilik və vərdişlərin aşılanmasında fəal iştirak edin.

Eyni zamanda bütün sürücülərdən xahiş edirik ki, yollarda diqqətli olsunlar, nəzərə alsınlar ki, bir insanın xəsarət alması və ya həyatını itirməsi cəmiyyətimiz üçün çox böyük bir faciə olmaqla yanaşı, onu törədən şəxsin də ömürlük peşmançılıq yaşamasına səbəb olur”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR