Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, T. Çalışqanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Türkiyə vətəndaşı T. Çalışqan Esmira Qənizadənin etibarın sui-istifadə edərək ona qarşı külli miqdarda ziyan vurub. O, qadına Türkiyədən Azərbaycana brend saat firmasının mallarını gətirəcəyini vədi verib, ondan 58 min manat pul alıb. T. Çalışqan verdiyi vədə əməl ətməyib.
Zərərçəkmişin şikayəti əsasında saxlanılan T. Çalışqan barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.
Xatırladaq ki, E. Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.