Ekoloji Nəzarət postunda avtomobil 3 piyadanı vurub, ölən və yaralananlar var - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB-1[/color]
  • HADİSƏ

  • 03:17 09 May 2019

Ekoloji Nəzarət postunda avtomobil 3 piyadanı vurub, ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB-1

Bakının Binəqədi rayonu, DYP-nin Ekoloji Nəzarət postunun yaxınlığında baş vermiş yol qəzasında xəsarət alan piyadalardan biri dünyasını dəyişib.

ONA-nın xəbərinə görə, bu, YPX müfəttişləri tərəfindən Respublika Klinik Xəstəxanasına çatdırılan 27 yaşlı Çobanov Rüfət Mehman oğludur. Xəsarətləri ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyib.

Yol qəzasında xəsarət alan digər yaralılardan Rüfətin qardaşı Rufan Çobanova ilkin tibbi yardım göstərilib və o, sonrakı müəlicə üçün evə buraxılıb. Onların əmisi oğlu - 1991-ci il təvəllüdlü Eldarov Əfqan Elxan oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilib. O, müalicəsini xəstəxanada alacaq.

***

Saat 01:07

Bakının Binəqədi rayonu, DYP-nin Ekoloji Nəzarət postunun yaxınlığında baş vermiş yol qəzasında xəsarət alan piyadaların kimliyi müəyyən edilib.

ONA-nın xəbərinə görə, hadisə nəticəsində ağır xəsarət alaraq Respublika Klinik Xəstəxanasına çatdırılan şəxs Rüfət Çobanovdur.

Onun qardaşı Rufan Çobanov və əmisi oğlu Əfqan Eldarov isə nisbətən yüngül xəsarət alıb. Hər iki şəxs 1 saylı Xəstəxanaya aparılıb.

***

Saat 00:31

Bakının Binəqədi rayonu ərazisində avtomobil 3 piyadanı vurub.

ONA-nın xəbərinə görə, hadisə DYP-nin Ekoloji Nəzarət postunun yaxınlığında qeydə alınıb.

Belə ki, Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə 3 piyadanı vurub. Onlardan ikisinin xəsarəti yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım alıb. Vəziyyəti ağır olan digər yaralı isə YPX müfəttişləri tərəfindən Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Hazırda yol qəzasının təfərrüatları araşdırılır.

Nurlan Əli

Teqlər: Bakı qəza piyada

OXŞAR XƏBƏRLƏR