Azərbaycanda 1022 məhkuma elektron qolbaq taxılıb.
ONA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məlumat verib. O, qeyd edib ki, elektron qolbaq taxılan məhkumlardan 27-si qadındır: “Hal-hazırda 930 məhkumda elektron qolbaq var. Onlara nəzarət edilir”.
M.Hümbətov bildirib ki, 22 məhkum barəsində isə bu qətimkan tədbiri dəyişdirilib: “Həmin şəxslərdən bəziləri elektron qolbaq daşımaqdan imtina edib, bəziləri isə şərtləri pozduğu üçün məhkəməyə müraciət edilib və onlar barəsində qətimkan tədbiri dəyişdirilib. Həmçinin 6 məhkum elektron qolbaq daşıdığı müddətə başqa cinayət əməli törətdiyi üçün barəsində cinayət işi açılıb”.