Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın Cənub bürosundan verilən məlumata görə, idarəetməni itirən "Mercedes" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini elektrik dirəyinə vurub.
Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.