Ələt qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
  • HADİSƏ

  • 03:24 20 May 2019

Ələt qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Neftçala sakini, 1984-cü il təvəllüdlü Abışov Aslan Əmiraslan oğlu yolu keçərkən “FİAT” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində keçinib. 

ONA-nın Mil-Muğan bürosundan verilən xəbərə görə, yol qəzası Ələt qəsəbəsində baş verib.

Meyit Şirvan şəhərinin morquna gətirilib.

Əlibəy Zeynallı

Teqlər: Ələt piyada ölüm yol qəzası

OXŞAR XƏBƏRLƏR