• HADİSƏ

    12:21 4 aprel 2019

Ər və arvada qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Zərbəliyev 12 il 6 ay, digər şəxslərin isə hər biri 10 il müddətində azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində baş verib. Gecə saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən maskalı şəxslər onun və xanımı Gülyaz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıblar. Daha əvvəl bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən R.Zərbəliyev və K.Səfərova qarşı istintaq orqanı tərəfindən daha ağır ittiham irəli sürülsə də, cinayət işində yer alan ittiham aktının nəticə hissəsində bəzi maddələr göstərilməyib. Həmçinin o söyləyib ki, istintaq zamanı iki zərərçəkmişin olduğu göstərilsə də, cinayət işi materiallarında bir nəfər zərərçəkmişin adı qeyd edilib.

Prokuror qeyd edilən prosessual pozuntuların nəzərə alınmasını və cinayət işinin yenidən istintaqa qaytarılmasını tələb edib.

Məhkəmənin qərarı ilə cinayət işi yenidən prokurorluğa qaytarılıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR