Fevralın 27-də Buzovna qəsəbə sakinləri V.Əliyev və arvadı İ.Manafovanın xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onların saat 22:00 radələrində qəsəbə ərazisində yolun kənarı ilə gedərkən avtomobillə vurulduqları müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.