• HADİSƏ

    21:38 29 iyun 2019

Ərdəbildə azərbaycanlı zəvvarları daşıyan avtobus yanıb

Azərbaycan zəvvarlarını daşıyan avtobus Ərdəbil əyalətində yanıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün yerli vaxtla saat 17:00 radələrində Ərdəbil əyalətinin Sərçəm magistral yolunda 12-ci tuneldə baş verib.

Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə zəvvar aparan avtobusda yanğının başverməsi səbəbi açıqlanmayıb. Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Məcid Məhəmməd Qəribani bildirib ki, yanğın zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR