Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
ONA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.
Bundan başqa, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası yarasız hala düşüb.