Ermənilər Tərtər, Ağdam, Ağcəbədi və Goranboyu atəşə tutub
  • HADİSƏ

  • 11:00 03 Oktyabr 2020

Ermənilər Tərtər, Ağdam, Ağcəbədi və Goranboyu atəşə tutub

Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR