Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Düşmən cavab atəşi ilə susdurulub.