• HADİSƏ

    12:18 3 avqust 2022

Ermənilərin atəşkəsi pozması nəticəsində əsgərimizin şəhid olmasına görə cinayət işi başlanıb

Baş Prokurorluq qanunsuz erməni silahlı dəstələrinin atəşkəsi pozması nəticəsində əsgərimizin şəhid olması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan APA-ya daxil olan məlumatda bildirilib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) madddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR