Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
ONA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.
Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.