• HADİSƏ

    15:32 28 oktyabr 2020

Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

“Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərində törətdiyi soyqırımı aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, yaralıların sayı 40-dan çoxdur”.

ONA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Onlar hamısı günahsız mülki şəxslərdir. Mülki əhaliyə qarşı kasetli “Smerç” raketlərindən istifadə olunub. Biz Ermənistanın bu cinayətlərini yerində qiymətləndirmək üçün “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarını ölkəmizə dəvət edirik”, - deyə H. Hacıyev vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR