Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
ONA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.
Bundan başqa, 423 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2406 yaşayış evi yarasız hala düşüb.