• HADİSƏ

    13:59 28 mart 2022

Ermənistanın təcavüzü nəticəsində qəzalı vəziyyətə düşən 135 evin tikintisi başa çatıb

Nazirlər Kabinetinin 2021-ci il 14 yanvar tarixli sərəncamına əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində zərər dəymiş obyektlərin bərpası və təmir-tikintisinin həyata keçirilməsi ilə bağlı qəzalı vəziyyətdə olan 18 ədəd qeyri-yaşayış obyektlərindən 17 obyektin tikintisi başa çatdırılıb, 1 obyektin tikintisi üzrə iş davam etdirilir.

APA xəbər verir ki, bu, "Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatı”nda yer alıb.

Hesabatda qeyd edilib ki, qəzalı vəziyyətdə olan 167 fərdi yaşayış evindən 135 yaşayış evinin tikintisi yekunlaşıb, 32 evin tikintisi isə davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR