Prezident İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
ONA xəbər verir ki, sərəncama əsasən, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Baş prokurorunun müavini ─ Azərbaycan Respublikasının Hərbi prokuroru
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri
Komissiyanın katibi
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”.