Salyan sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib.
ONA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında Salyan polisinin əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətdə 8 ədəd çətənə bitkisi aşkar edilib.
Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamama baxış zamanı, oradan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin istintaq zamanı T.Həmzəyev törətdiyi cinayəti etiraf edib.
Faktla bağı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Əlibəy Zeynallı