Cəlilabadda evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan ONA-nın Cənub bürosuna verilən məlumata görə, Cəlilabad şəhər sakini E.Bağırov Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək? ona məxsus elektrik transformatorunun oğurlandığını bildirib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını törətməkdə şübhəli bilinən şəhər sakinləri Sahil Mirzəyev və Rauf Sultanov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrılıqda rayon ərazisində ev və həyətlərdən oğurluq etdikləri müəyyən edilib. Belə ki, S.Mirzəyevin bir evin zirzəmisindən təmir-tikinti avadanlıqların;, 4 həyətdən ev quşlarını, R. Sultanovun isə bir evdən 85 manat dəyərində elektrik naqillərini, 3 həyətdən ev quşlarını oğurladığı məlum olub.
Hər iki şəxs törətdikləri oğurluq faktlarını etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov