FHN ADNSU-da yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.
FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya açıqlamasında bildirib ki, bu gün axşam nazirliyin "112" xidmətinə ADNSU-da yanğın olması barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər çıxıb. Lakin məlumat təsdiqini tapmayıb: "Yanğın olması barədə yayılan məlumatlar yalandır".