• HADİSƏ

    14:11 10 aprel 2019

FHN Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla bağlı məlumat yayıb.

ONA nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi 1000 kv.m olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasının (məcburi köçkünlər məskunlaşıb) 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göndərilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR