Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının iki rayonunda yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması nəticəsində köməksiz qalan sakinlərə köməklik göstərib.
Bu barədə APA-ya FHN-dən bildirilib.
Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.