Ötən gün ərzində dənizdə batmaq təhlükəsi ilə üzləşənlər xilasedicilər sudan tərəfindən çıxarılıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şirvan və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.