• HADİSƏ

    00:52 27 mart 2019

FHN: “Diqlas” ticarət mərkəzində yanğının söndürülməsində iştirak edən mülki şəxslər də FHN-in əməkdaşlarıdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti mülki geyimli şəxslərin "Diqlas" ticarət mərkəzində yanğınsöndürmə işlərində iştirakı barədə yayılan məlumatlara aydınlıq gətirib.

ONA-nın xəbərinə görə, mətbuat xidmətinin bununla bağlı məlumatında deyilir: "Bəzi sosial şəbəkə səhifələrində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntü paylaşılıb. Bildiririk ki, həmin videogörüntüdəki mülki geyimli şəxslər əslində FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləridir, bu gün onların istirahət günü olmasına baxmayaraq, hadisə yerinə yaxın yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər. FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilmədən qərəzli şəkildə yayılan video və digər məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR