Bu gün Böyük Həmyə, Lənkəran, Şıx çimərliyində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə 5 nəfər şəxs çimərkən batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən APA -ya bildirilib ki, həmin şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas olunub.