• HADİSƏ

    23:45 2 aprel 2019

FHN Gəncədə fəhlənin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb

FHN Gəncədə bir fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə barədə məlumat yayıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda daş-çınqıl karxanasında torpaq sürüşməsi nəticəsində bir nəfər torpaq kütləsinin altında qalıb.

Hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR