Fövqəladə Hallar Nazirliyi (FHN) İranın yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb.
ONA FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.