16 fevral 2021- ci il tarixində Mingəçevir şəhəri H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərində yerləşən körpüyə çıxaraq intihar məqsədilə özünü çaya atıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, həmin vaxt təsadüfən ərazidə olan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun məzuniyyətdə olan xilasedicisi Dosməmmədov Dosməmməd Qəhrəman oğlu heç bir xilasetmə vasitəsi olmadan suya tullanaraq vətəndaşın həyatını xilas edib.