• HADİSƏ

    20:23 7 avqust 2019

FHN-in qaynar xəttinə daxil olan məlumat yanlış olub


Bakıda 9 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-dən APA -ya verilən məlumata görə, dərhal nazirliyin yanğından mühafizə bölmələri paytaxtın Azadlıq prospektində yerləşən həmin ünvana gəlib.
Lakib həmin ünvanda heç bir yanğının olmadığı müəyyən edilib. FHN-in qaynar telefon xəttinə edilən çağırış yanlış olub.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR