• HADİSƏ

    15:07 29 mart 2019

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları "Diqlas" ticarət mərkəzinə baxış keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) əməkdaşları tərəfindən "Diqlas" ticarət mərkəzinə baxış keçirilib.

ONA-nın xəbərinə görə, mütəxəssislər yanğının baş vermə səbəblərini araşdırır.

Hadisə yerində olan mütəxəssislər yanğının nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində müzakirələr aparıblar.

Bundan başqa, Baş Prokurorluğun əməkdaşları da əraziyə baxış keçiriblər.

Ərazidən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.

Qeyd edək ki, Baş Prokurorluq “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Diglas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR