Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
ONA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.