• HADİSƏ

    23:09 18 may 2019

FHN-in Yanğından Mühafizə Qərargahının rəisi: "Yanğın zamanı geyim malları yanıb" - FOTO - VİDEO - MÜSAHİBƏ

Bakının Xəzər rayonundakı "Zagulba Mall" ticarət mərkəzində baş vermiş yanğın əsasən tikiş sexini əhatə edib və buradakı geyim əşyaları 100-120 kv/m sahədə yanıb.

ONA-nın xəbərinə görə, bunu FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yalnız bir yanğından mühafizə əməkdaşında yüngül zəhərlənmə olub və ona hadisə yerində müvafiq tibbi yardım göstərilib. Vətəndaşlar arasında isə xəsarət halı müşahidə edilməyib.

Hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasından da xəstəxanaya 4 nəfərin çatdırıldığı təsdiqlənib. Onlardan biri binanın gözətçisi Xalid Uğurbəyovdur.

Qeyd edək ki, yanğın tam söndürülüb. Binanın zirzəmisində havalandırma sistemi olmadığından, tüstü qatı açıq qapılardan bayıra çıxır. Hazırda ərazidə son nəzarət işləri aparlır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR