• HADİSƏ

    13:55 13 fevral 2023

FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulur.

ONA APA-ya istinadən xəbər verir ki, FHN qüvvələri Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağa başlayıb.

FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı jurnalistlərə açıqlamasında bildirib ki, Doğukənd məhəlləsində zərərçəkmişlər üçün çadır şəhərciyinin qurulması prosesi aparılır: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardım göndərilib. Hazırkı vaxta qədər nazirlik tərəfindən 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Avtomobillərin sayı isə 39-dur. Maşınların içərisində müxtəlif ölçülü çadırlar, generatorlardan və digər lazım olan əşyalar var”.

FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO

ONA

Teqlər:

SON XƏBƏRLƏR