Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfəri xilas edib.
ONA xəbər verir ki, bu barədə nazirliyin internet səhifəsində məlumat yer alıb.
Xilasedicilər tərəfindən Neftçala rayonunda və Bakının Şüvəlan qəsəbəsindəki qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.