• HADİSƏ

    18:17 28 avqust 2022

FHN-nin amfibiya təyyarəsi Masallıda qəza enişi edib

Bu gün Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən xəbərə görə, bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib. Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR