• HADİSƏ

    11:39 5 mart 2019

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

ONA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətdə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilməyin vacibliyi qeyd olunub.

Bildirilib ki, bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı və tam sönənədək nəzarətdə saxlanılmalıdır: “Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!”

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR