FHN: "Qubada su kanalında boğulan şəxsin meyiti çıxarılıb"
  • HADİSƏ

  • 01:47 05 Aprel 2019

FHN: "Qubada su kanalında boğulan şəxsin meyiti çıxarılıb"

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunun İkinci Nügədi kəndində su kanalında boğulan rayon sakini barədə məlumat yayıb.

ONA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, 1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində N.Qubadovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Sərxan Kamallı

Teqlər: Quba su kanalı boğulma

OXŞAR XƏBƏRLƏR