Fövqəladə Hallar Nazirliyi (FHN) "Sədərək" ticarət mərkəzindəki yanğınla bağlı növbəti açıqlamasını yayıb.
ONA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.