• HADİSƏ

    10:32 7 sentyabr 2019

FHN Şəmkirdə baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirin Sarıtəpə kəndində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

ONA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sarıtəpə kəndində “Mercedes” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən “Mercedes” markalı sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti və müxtəlif xəsarətlər alan 4 nəfər sərnişin xilas edilərək aidiyyəti üzrə təhvil veriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR