• HADİSƏ

    10:45 15 fevral 2023

FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxarıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

ONA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd edilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxarıb - VİDEO FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxarıb - VİDEO FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxarıb - VİDEO FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxarıb - VİDEO FHN xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxarıb - VİDEO

ONA

Teqlər:

SON XƏBƏRLƏR