Bu gün yerli vaxtla saat 08.12 radələrində Fici arxipelağında 6,2 maqnitudalı zəlzələ baş verib.
ONA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Lambasa şəhərindən 260 km cənub-şərqdə, 567,4 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.