• HADİSƏ

    19:21 27 fevral 2019

Füzulidə 1 əl qumbarası və 55 patron aşkar edilib

Füzuli rayonunda 1 əl qumbarası və 55 müxtəlif çaplı patron aşkar edilib.

Bu barədə ONA-ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.

Bildirilir ki, bu gün saat 16:53-də Daxili İşlər Nazirliyinin ″102″ Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən keçmiş taxıl anbarında mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısız), 40 ədəd 7.62 mm-lik və 15 ədəd 5.45 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 50 kv. m əraziyə yerüstü, 20 kv. m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR