Füzulidə 2 avtomobil toqquşub, sürücülərdən biri ağır xəsarət alıb
  • HADİSƏ

  • 05:21 23 Mart 2020

Füzulidə 2 avtomobil toqquşub, sürücülərdən biri ağır xəsarət alıb

Füzuli rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Balabəhmənli kəndində qeydə alınıb.

Kənd ərazisində "Mercedes" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində sürücülərdən biri ağır xəsarət alıb.

Yaralı Bakıya, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, qabırğaların çoxsaylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR